Yaponiyanın ANA aviaşirkəti uçan taksilərin hazırlanmasına investisiya ayıracaq
Yaponiyanın “All Nippon Airways” (ANA) aviaşirkəti “Toyota Motor” şirkətini tərəfdaşı olan ABŞ-ın “Joby Aviation” şirkəti ilə birlikdə uçan taksilərin hazırlanmasına investisiya ayıracaq.
Bu barədə fevralın 15-də yayılmış birgə mətbuat məlumatında bildirilir. Qeyd edilir ki, “Joby Aviation” şirkəti özündə həm helikopter, həm də təyyarənin xüsusiyyətlərini birləşdirən beş nəfərlik elektrik uçan taksinin hazlrlanmasını həyata keçirir.
Uçan taksinin maksimum sürətinin saatda 320 kilometr, uçuş məsafəsinin isə təqribən 240 kilometr olduğu qeyd edilir. Yaponiyanın ikinci böyük şəhəri olan Osakanın mərkəzi vağzalından şəhər kənarında yerləşən “Kansay” aeroportuna qədər olan məsafəni bu taksinin 15 dəqiqəyə qət edəcəyi gözlənilir. Avtomobillə hərəkət zamanı buna bir saat vaxt sərf olunur.
ANA şirkətinin uçan taksinin naviqasiya sistemləri, uçuş-enmə meydançası və digər bu kimi məsələlərlə məşğul olacağı bildirilir. “Joby Aviation” şirkətinin tərəfdaşı olan “Toyota Motor” şirkəti isə bu nəqliyyat vasitəsinin yerdə hərəkətinin təşkilini öz üzərinə götürüb.
Xatırladaq ki, Yaponiya hökumətinin dəstəyi ilə bu ölkədə uçan avtomobillərin yaradılması üzrə əlaqələndirmə şurası yaradılıb. ANA və “Toyota Motor” şirkətləri həmin şuranın üzvləridir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























