SOCAR son 11 ildə AFFA-ya 133 milyon manat ayırıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) prezidenti Rövnəq Abdullayev SOCAR-da da tutduğu eyni vəzifədən ayrılıb.
Məlumata görə, o, təxminən 14 il hər iki quruma paralel rəhbərlik edib.
Bu illər ərzində AFFA-nın əsas gəlir mənbəyi məhz SOCAR olub. Şirkət sponsoru olduğu assosiasiyaya böyük vəsaitlər ayırıb.
Təkcə son 11 ildə SOCAR-dan AFFA-ya verilən vəsaitlərə baxmaq kifayətdir. Hesablamaya əsasən, bu müddətdə futbolumuza 132 milyon 771 min 400 manat ayrılıb.
Rekord rəqəm 2013-cü ilə təsadüf edib. Həmin vaxt Dövlət Neft Şirkəti futbola 18 milyon yatırıb. Son 11 ilin antirekordu isə 2017-ci ildə olub. Həmin vaxt bu məbləğ 7 rəqəmlə ifadə olunub, yəni 10 milyon həddinə çatmayıb.
Qeyd edək ki, Abdullayev 2005-ci ildən 2022-ci ilədək SOCAR-a rəhbərlik edib. O, 2008-ci ilin martından AFFA prezidentidir. Abdullayev sonuncu dəfə 2020-ci ildə 4 il müddətinə bu vəzifəyə seçilib.
SOCAR-dan AFFA-ya ayrılan vəsaitlər (illər üzrə? manatla)
2011 - 11 milyon 109 min
2012 - 10 milyon 923 min 500
2013 - 18 milyon
2014 - 14 milyon
2015 - 12 milyon 900 min
2016 - 11 milyon 189 min 490
2017 - 8 milyon 234 min 150
2018 - 11 milyon 50 min 500
2019 - 11 milyon 964 min 760
2020 - 11 milyon 400 min
2021 - 12 milyon
Cəmi - 132 milyon 771 min 400
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Apasport
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







