Azərbaycanda 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 437 milyon 745 min manat), “Kapital Bank” (648 milyon 196 min manat), “PAŞA Bank” (577 milyon 276 min manat) və “Xalq Bank” (444 milyon 181 min manat) ASC-lərdir.
Qalan 22 bankdan 5-də balans kapitalı 100-200 milyon manat arasında, 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
3 bankın balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma “Access Bank”da (6,7%), ən az azalma isə Pakistan bankında (4,3%) qeydə alınıb.
Qalan 23 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Bank Respublika” ASC-də (24,3%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,2%) qeydə alınıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























