"Azad edilmiş digər ərazilərə də avtobus reysləri təşkil ediləcək"
“Şuşa və Ağdam ilə yanaşı işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır”.
Bunu açıqlamasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
R.Nəbiyevin sözlərinə görə, Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reysləri cənab Prezidentin tapşırığına uyğun olaraq “Qarabağa böyük qayıdış” planının tərkib hissəsidir.
"Reyslər başlanarkən də biz demişdik ki, reysləri müntəzəmliyi, onun ayda neçə dəfə və hansı istiqamətdə olması tələbə bağlı məsələ olacaq. Bildiyiniz kimi artıq Bakıdan Şuşa istiqamətinə həftədə 3 dəfə reyslər təşkil olunub. Ağdam istiqamətinə də bir neçə yerdən reyslər təşkil edilir", - nazir bildirib.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Bakı, Əhmədbəyli və Bərdədən Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Şuşa istiqamətində səfərlər ilk olaraq həftədə iki dəfə olsa da, sonradan tələbata görə, həftədə 3 dəfəyə qaldırılıb.
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







