Bazarlar ABŞ-da inflyasiya məlumatını gözləyir
ABŞ-da bu həftə açıqlanacaq məlumatlar, son 39 ildə pik həddinə çatan inflyasiyanın 2022-ci ilin ilk ayında artmağa davam etdiyini göstərə bilər.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu yanvarda inflyasiyanın 7,3 faizə yüksələcəyi istiqamətindədir. İnflyasiya dekabr ayında 7 faiz ilə 39 ilin ən yüksək səviyyəsinə çatıb.
Ərzaq və enerji məhsulları istisna olmaqla - baza inflyasiyanın 5,5 faizdən 5,9 faizə yüksələcəyi gözlənilir.
İnflyasiyanın yüksəlişini davam etməsi FED-in daha aqressiv faiz artıracağı gözləntilərini gündəmə gətirə bilər.
Bloomberg Economics-dən Anna Vonq, Yelena Şulyateva, Endryu Husbi, Eliza Uinqer enerji və ərzaq qiymətlərinin hələ də artacağını və inflyasiyanın fevralda pik həddə çatacağını proqnozlaşdırıblar.
Mərkəzi bankların qərarları da diqqət mərkəzində olacaq
Bu həftənin digər mühüm gündəminə bəzi ölkələrin pul siyasəti yığıncaqları daxildir. İnflyasiyanın artması ilə əlaqədar Rusiya Mərkəzi Bankının faizini 1 bənd artıracağı gözlənildiyi halda, Polşa və İslandiyanın hər birinin 0,50, Rumıniyanın isə 0,25 bənd faiz artıracağı gözlənilir.
Meksika Mərkəzi Bankının cümə axşamı ardıcıl altıncı dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Meksika və Braziliyanın Mərkəzi Bankları ölkələrin tənəzzülünə baxmayaraq, sərtləşdirmə siyasətini davam etdirir.
İsveç Mərkəzi Bankının cümə axşamı keçiriləcək iclasında hər hansı dəyişiklik edəcəyi gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






