Nazir: Azərbaycan qazı Şimali Makedoniya bazarında likvidliyi artıracaq
"Cənub Qaz Dəhlizi"nin məqsədlərindən biri təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi və bir "mavi yanacaq" mənbəyindən asılılığın azaldılmasıdır.
Bunu müsahibəsində Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi deyib.
Nazir qeyd edib ki, bu layihə sayəsində Avropa müxtəlif mənbələrdən təbii qaz təchizatının təhlükəsizliyini yaxşılaşdıra bilib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə layihə onu həyata keçirən tərəflərlə Avropa İttifaqı arasında enerji sektorunda əlaqələri gücləndirəcək:
"Şimali Makedoniya Respublikası hökuməti təbii qazın müxtəlif marşrutlar vasitəsilə əldə edilməsi və beynəlxalq qaz dəhlizinə qoşulması üçün daha geniş strategiyanın hazırlanmasına sadiqdir. Şimali Makedoniya Respublikasında mövcud qaz kəmərləri sisteminin bundan sonra da qurulması, onun regional qaz kəmərləri sistemlərinə, xüsusən də cənub dəhlizlərinə qoşulması, dövlət-özəl tərəfdaşlıq yolu ilə qaz paylanmasının inkişafı üzrə işlər aparılır. Ölkə əlavə həcmdə təbii qazın verilməsi ilə bağlı danışıqlara da başlayıb".
Nazir xatırladıb ki, Enerji Birliyi nazirlərin sonuncu iclasında Şimali Makedoniya və Yunanıstan arasında qaz interkonnektoru 2020-ci il üçün ümumi maraq doğuran layihə kimi seçilib:
"Onun məqsədi Şimali Makedoniya Respublikasını Yunanıstan və "Cənub Qaz Dəhlizi" ilə birləşdirərək Azərbaycandakı qaz yataqları da daxil olmaqla şaxələndirilmiş təchizat mənbələrindən təbii qazın tədarükünə nail olmaqdır. Layihə tərəfləri NER AD Skopje və DESFA SA-dır. Layihə üzrə Anlaşma Memorandumu 2016-cı ilin oktyabrında, memoranduma əlavə isə 2019-cu ilin aprelində imzalanıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi tədqiqatı hazırlanmış və bütün əlaqədar prosedurlar tamamlanıb. Şimali Makedoniya Respublikasının Ətraf Mühit və Məkan Planlaşdırma Nazirliyinin qərarını gözləyirik. Əsas layihələndirilmə işə son mərhələdədir".
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Şimali Makedoniya bazarında likvidliyi artıracaq.
O qeyd edib ki, Şimali Makedoniya hökumətinin enerji sektorunda əsas prioritetlərindən biri enerji təchizatının təhlükəsizliyinin milli məqsədinin təmin edilməsi və enerji təchizatının etibarlılığına və təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı gözlənilməz hadisələrə qarşı çıxmaq zərurəti ilə bağlıdır:
"Şimali Makedoniya ərazisində nə öz təbii qaz ehtiyatları, nə də qaz anbarları var və bütün qaz Rusiyadan (Bolqarıstan və Türkiyə üzərindən) Deva Bayırda Bolqarıstan sərhədindən keçən bir marşrutla idxal olunur. Ölkədə enerjinin inkişafı strategiyasına uyğun olaraq, ölkədə müxtəlif növ enerji daşıyıcılarının təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə enerji fəaliyyətinin müəyyən növlərinin inkişafı üzrə uzunmüddətli hədəflərin təmin edilməsi istiqamətində addımlar atılıb. Bundan əlavə, Şimali Makedoniyanın enerji sistemlərinin digər ölkələrin enerji sistemlərinə qoşulması və ölkənin enerji bazarının regional və beynəlxalq enerji bazarlarına daxil edilməsi mühüm əhəmiyyət kəsb edir və "Cənub Qaz Dəhlizi" bazarımıza və təchizat təhlükəsizliyimizə mühüm təsir göstərəcək".
Nazir qeyd edib ki, bu məqsədlə Şimali Makedoniya Cənubi və Mərkəzi-Şərqi Avropa Qaz Ötürmə Sistemləri Təşəbbüsünə (CESEC) qoşulub. Həmin Təşəbbüsün məqsədi bütün Aİ ölkələrinin və Enerji Birliyinin tərəflərinin birgə iştirakı ilə regional infrastrukturun gücləndirilməsi və bazar inteqrasiyasının təkmilləşdirilməsi yolu ilə təbii qaz tədarükünün şahələndirilməsinə və regionda təhlükəsizliyinə töhfə verməkdir:
"Yunanıstanla qaz interkonnektorunu tikməklə biz Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulacağıq. Bu əlaqənin üstünlüyü ondan ibarətdir ki, o, Xəzər dənizindəki "Şahdəniz" yatağından Azərbaycan qazının tədarükünü təmin edəcək, təbii qazı Şimali Makedoniya vətəndaşlarına və biznes qurumlarına çatdıracaq. Müxtəlif mənbələrdən qaz nəqli zamanı vətəndaşlar və müəssisələr daha etibarlı, təhlükəsiz və rəqabətədavamlı "mavi yanacağa" çıxış əldə edəcəklər. Bu, həm də ətraf mühitin qorunmasına kömək edəcək".
Nazir qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Yunanıstan və Şimali Makedoniya arasında təbii qaz ticarətini asanlaşdıracaq, Şimali Makedoniya Respublikasının qaz nəqli şəbəkəsini daha da inkişaf etdirəcək, həmçinin ölkədə qaz bazarının tədarükünün etibarlılığını və likvidliyini, özünün və qonşu ölkələrinin qaz nəqli infrastrukturundan istifadə dərəcəsini artıracaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Trend
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)






.jpg)




