“Marketinq Peşəkarları” Birliyinin sədri hesabat verdi
Marketinq Peşəkarları Birliyi öz sıralarını genişləndirir...“Marketinq Peşəkarları” İctimai Birliyinin (MPA) İdarə Heyətinin sədri Namiq Bayramov qurumun yarandığı gündən bugünədək olan fəaliyyəti haqqında məlumat verib:
“2017-ci ilin aprelində yaranmış və 2019-cu ilin iyulunda dövlət qeydiyyatına alınmış “Marketinq Peşəkarları” İctimai Birliyi (MPA) yarandığı gündən marketinq sahəsində fəaliyyət göstərən şəxslərin və şirkətlərin maraqlarının qorunması və sektorun inkişafı üçün müəyyən işlər görməyə nail olmuşdur. Ötən period ərzində qurumun fəaliyyəti üzdə görünməsə də, əslində kifayət qədər işlər görülmüşdür.
Görülən işlərin siyahısına aşağıdakıları daxil etmək olar:
- 2018-ci ildə BaşaBaş Söhbət seriyasından ilk meetup baş tutdu. Reklamda yaradıcılığa həsr olunmuş bu tədbir yüksək rəğbətlə qarşılandı;
- 2019-cu ildə BaşaBaş Söhbət seriyasından növbəti meetup baş tutdu. Rəqəmsal marketinqə həsr olunmuş bu tədbir əvvəlkindən daha üst səviyyədə təşkil olundu və daha böyük rəğbət qazandı;
- Qurumun dövlət qeydiyyatına alınmasına nail olduq;
- 2020-ci ildə bütün dünyanın pandemiya ilə mübarizəyə başladığı dövrdə ölkəmiz də qapanmalara getdi. Bu səbəbdən də, dövlətimiz pandemiyadan zərər çəkmiş sahələrə maliyyə dəstəyi göstərdi. Lakin reklam sektoru bu siyahıda yer almamışdı. MPA-nın təşəbbüsü ilə 34 agentlik ölkə başçısına müraciət etdi. Müraciət müsbət cavablandırıldı və reklam sektoru pandemiyadan zərər çəkmiş sahə kimi tanındı və sektordakı şirkətlər dövlətdən maliyyə dəstəyi ala bildirlər. Bu məqam sektorda bir çox iş yerlərinin qorunmasına və bir çox agentliklərin tam tərkibdə fəaliyyətini davam etdirməsinə şərait yaratdı;
- MPA-ya rəsmi şəkildə üzv olan agentliklərin siyahısı genişləndi və hazırda 16 agentlik qurumla müqavilə bağlayaraq qurumun rəsmi üzvünə çevrilmişdir. Həmin siyahıya YelloAD, TradeMark Leo Burnett, Endorphin, New Media, Admedia, PeopleBrand, McCann Erickson Azerbaijan, Maverick, Jeykhun Imanov Studio, FCB ArtGroup, Havas Media Azerbaijan, Uptime Marketing Agency, Sport Marketing Group, Brand Up, Düymə Agency, Ağıllı Nağıllar kimi tanınan və sektorda aparıcı rola malik şirkətlər daxildir;
- Bazardakı vəziyyətin təhlili və görüləcək işlərin müzakirəsi məqsədilə təsisçilər və üzvlər arasında fərqli tərkiblərdə mütəmadi görüşlər keçirilmişdir və bu ənənə davam etdirilir;
- 2022-ci ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan reklam festivalının adı, konsepti və əsas istiqamətləri bu layihə üçün yaradılmış işçi qrup tərəfindən hazırlanmışdır.”
Namiq Bayramov daha sonra qurumun nizamnaməsinə görə özünün sədrlik müddətinin artıq başa çatdığını, buna görə də, özü tərəfindən yeni sədr seçkisinin keçirilmə təşəbbüsünün edildiyini və bununla bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcəyini də qeyd etdi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
15 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub







.jpg)




.jpg)






.jpg)



