Udmurtiyalı biznesmenlər fevralın sonunda Azərbaycana gələcəklər
Udmurtiyadan olan iş adamlarının fevralın 21-23-də Azərbaycana biznes missiyası planlaşdırılıb. Bu barədə RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib.
Missiyaya Udmurtiya təhsil müəssisələri və ictimai birliklərinin nümayəndələri, eləcə də biznesmenlər daxil olacaqlar.
“İş proqramında Udmurtiyanın 12 istehsal şirkəti, eləcə də 2 ali təhsil müəssisəsi və 1 ictimai təşkilat iştirak edəcək. Udmurtiyalı istehsalçılar Azərbaycanda neft-qaz, dəmir yolu və tikinti sahələri üçün avadanlıqlar, kimya sənayesi məhsulları, mebel, ət-süd məhsulları, proseslərin avtomatlaşdırılması üçün proqram təminatı təqdim etməyi planlaşdırırlar”, - deyə məlumatda qeyd olunur.
Udmurtiya Azərbaycanla təhsil xidmətləri sahəsində əməkdaşlıq üçün geniş imkanlar görür. “Kadr hazırlığı, elmi-tədqiqat və tədris-metodiki fəaliyyət sahəsində təcrübə mübadiləsi, eləcə də azərbaycanlı məktəblilərin Udmurtiyanın ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi səfərin başlıca məqsədi olacaq”, - deyə məlumatda qeyd olunur.
Biznes missiya çərçivəsində bir sıra tədbirlər: “Doing Business: Azerbaijan & Udmurtia” Forumu, В2В danışıqları, Azərbaycanın ali təhsil müəssisələrinin rektorları və məktəb direktorları ilə görüşlər, Bakının sənaye müəssisələrinə səfərlər nəzərdə tutulub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























