Tezliklə Bakıda “lyuksun yeni ünvanı” olacaq otel açılacaq
Lyuks standartının yeni nümunəsi - “The Ritz-Carlton Baku” tezliklə fəaliyyətə başlayacaq. Lyuks mənzillər, şəhərin ən geniş prezident otağı...Tezliklə Bakının tam mərkəzində misilsiz xidmət və dəbdəbəli üsluba malik möhtəşəm otelin – “The Ritz-Carlton Baku”nun açılışı baş tutacaq.
Oteldən Marja-ya verilən məlumata görə, Azərbaycanın gözəl paytaxtında tezliklə fəaliyyətə başlayacaq əsrarəngiz “The Ritz-Carlton Baku” oteli 190 geniş otaq, lyuks mənzillər, şəhərin ən geniş prezident otağı və əfsanəvi "Ritz-Carlton" xidmətini təklif edəcək.
Oteldə, həmçinin, dünya səviyyəli tədbirlər və görüş zalları mövcuddur. Geniş Şuşa Zalı müxtəlif növ qəbullar, işgüzar görüşlər və ya zərif qala gecələri üçün müstəsna məkandır. Təbii günəş şüaları ilə işıqlanan foye və əsrarəngiz bağçası qonaqların qarşılaması üçün mükəmməldir.
Biz tezliklə gözəl Azərbaycana gələn bütün qonaqlara yüksək səviyyəli xidmət və misilsiz keyfiyyət təklif edə biləcəyimizə görə çox şadıq. Əfsanəvi memar Zaha Hadid tərəfindən layihələndirilmiş Bakının müasir memarlıq simvolu olan - Heydər Əliyev Mərkəzinin qarşısında yerləşməyimizdən qürur duyuruq. Bizim Xanımlar və Cənablar qonaqlarımızı qarşılamağı və əfsanəvi “The Ritz-Carlton Baku” xidmətini, habelə Azərbaycanın zəngin mədəniyyətini əks etdirən səyahət təcrübələri təqdim etməyi səbirsizliklə gözləyirlər”. – Tino Lindner, “The Ritz-Carlton Baku”nun Baş meneceri deyir.
Oteldə “Club Lounge”, iki qapalı hovuzu olan Spa, fitnes mərkəzi və gənc səyahətçilər üçün nəzərdə tutulmuş Ritz Kids proqramı fəaliyyət göstərəcək.
“The Ritz-CarltonBaku” sizə fərqli qastronomik səyahət bəxş edəcək. Klassik Nyu-York və müasir Kaliforniya mətbəxlərindən ilhamlanmış menyu ilə, The Maddox əsl Amerikan üslublu Brasserie, Bar və Terrasdır. The Maddox Bakının əyləncə abu-havasına yeni nəfəs qataraq istənilən fəsilin ən dinamik məkanı kimi fəaliyyət göstərəcək. Blind Tiger müasir gizli bardır. Bura Bakının xüsusi kokteyllərin ən yaxşı spirtli içki seçimi ilə qarışdırıldığı unikal bardır. Açılışı 2022-ci ilin ikinci yarısına planlaşdırılmış “The Ritz-CarltonBaku” oteli zərif “Ritz-Carlton” xidməti ilə lyuksün yeni ünvanıdır.
“The Ritz-Carlton Baku”nun Baş meneceri Tino Lindner.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
12 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















