"Manatın bahalı məzənnəsi yüksək idxal inflyasiyasının bir qismini neytrallaşdırmışdır"- MƏRKƏZİ BANK

“Ötən ilin ikinci yarısından başlayaraq qəbul edilən pul siyasəti qərarları monetar amillərin inflyasiyaya azaldıcı təsirlərini gücləndirməyə xidmət edir”.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, tədiyə balansının profisitli olması, qəbul edilmiş makroiqtisadi çərçivə və adekvat monetar şəraitin mövcudluğu məzənnə sabitliyini dəstəkləyir ki, bu da inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir. 2021-ci ildə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin 12.1% bahalaşması yüksək idxal inflyasiyasının bir qismini neytrallaşdırmışdır.
Mərkəzi Bank monetar siyasətin inflyasiyaya azaldıcı təsirlərini pulun kəmiyyəti və dəyəri vasitəsilə də gücləndirməyə çalışır.
2021-ci ilin sonunda dövlət büdcəsindən xərcləmələrin əhəmiyyətli fəallaşması və bu məqsədlə vahid xəzinə hesabından da istifadə edilməsi pul təklifinin artım tempinin yüksəlməsi ilə müşayiət olunmuşdur. Yanvarın ötən dövründə manatla pul bazası ilin əvvəlinə nəzərən sistem əhəmiyyətli banklarla müddətli əməliyyatlar nəzərə alınmadan 10.2% azalmışdır. Dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrində xəzinə hesabının üstün payını nəzərə alsaq, fiskal əməliyyatlar 2022-ci ilin sonunda da pul təklifinə əhəmiyyətli artırıcı təsir edə bilər. Bu şəraitdə zəruri halda pul təklifinin izafi artımını məhdudlaşdırmaq üçün adekvat açıq bazar əməliyyatları tətbiq ediləcəkdir.
Ötən iclasdan sonra REPO əməliyyatları üzrə orta faiz dərəcələri və dövlət qiymətli kağızlarının gəlirliyi demək olar ki, sabit qalmışdır. Yeni cəlb edilmiş depozitlər üzrə faizlərin artmaqda davam etməsi milli valyutada yığımı dəstəkləməklə yanaşı müəyyən zaman intervalından sonra kreditlərin artımına məhdudlaşdırıcı təsir edə bilər.
Bank sistemi üzrə kredit portfeli 2021-ci ildə 17.7% artmışdır. Bu artım artan depozitlər hesabına maliyyələşdirilmişdir. Maliyyə sektorunun depozitləri çıxılmaqla bank sistemi üzrə depozitlər və əmanətlər 24.6% artmışdır.
İqtisadiyyatda dollarlaşmanın azalması davam edir. 2021-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşması 9.8 faiz bəndi azalaraq 41%-ə, kreditlərin dollarlaşması isə 4 faiz bəndi azalaraq 25.8%-ə enmişdir.
Valyuta bazarında tarazlıq qorunur ki, bu da xarici inflyasiyanın neytrallaşmasında həlledici rola malik məzənnə sabitliyini təmin edir. 2021-ci ildə valyuta hərraclarının 70%-də təklif tələbi üstələmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü 245 mln. ABŞ dolları təşkil etmişdir. Valyuta hərraclarında tələbin dəyişimi tsiklik xarakter daşıyır və cari ildə neft transfertlərinin ötən illə müqayisədə əhəmiyyətli artması şəraitində onun tənzimlənməsi üçün imkanlar genişdir. Profisitli tədiyə balansı şəraitində cari ildə də valyuta bazarında tarazlıq qorunacaqdır. Cari ildə makroiqtisadi sabitlik və onun əsas lövbərinin dayanıqlığı məhz valyuta bazarındakı tarazlığa əsaslanır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
- 2 d. əvvəl
-
13 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 44 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
-
1 saat əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Əliyevin Zelenski ilə görüşü olub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

BOKT Qazaxda filialını açır
Ən çox oxunanlar

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Oktyabrın 3-də gözlənilən hava şəraiti
