Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Ziraat Bank Azərbaycan 2021-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən real sektora təqdim edilən kreditlərdə və cəlb edilmiş tələbli və müddətli əmanətlərdə əhəmiyyətli artım müşahidə edilmişdir.
Açıqlanmış maliyyə hesabatlarına əsasən bankın 2021-ci il üzrə xalis mənfəəti ötən il ilə müqayisədə 3.3 dəfə artaraq 7 mln. manatı keçmişdir.
Bankın aktivləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 30% artaraq 388 mln. manata yüksəlmişdir. Bankın məcmu kapitalı 11 % artaraq 78 mln. manatı keçmişdir ki, bu da banklar üçün tələb olunan minimal kapital tələbini 56% üstələyir.
Təqdim edilən maliyyə nəticələrinə əsasən Bankın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən il ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilir. Belə ki, xalis faiz gəliri 48.3% artaraq 14 mln. manatı, qeyri-faiz gəlirləri isə 22% artaraq 8 mln. manatı keçmişdir. Qeyd edək ki, bankın xalis əməliyyat gəlirində də ötən ilin analoji dövrü ilə müqayisədə 55.6 % artım müşahidə edilib.
Diqqəti çəkən məqamlardan digəri isə bankın hüquqi şəxslərə təqdim edilən bütün məhsulları üzrə hesabatda artımın müşahidə edilməsidir. Belə ki, hüquqi şəxslərə təqdim edilən biznes kreditləri 2020-ci ilin IV rübü ilə müqayisədə 46% artaraq 226 mln. manatı üstələmiş, müddətli əmanətləri isə 2 dəfə artaraq 39 mln. manata çatmış, tələbli əmanətləri 70% artaraq 99,4 mln. manatı keçmişdir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın real sektora xarici ticarət əməliyyatlarda təqdim etdiyi keyfiyyətli xidmət nüfuzlu Global Finance nəşri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2021-ci ilin nəticələrinə əsasən Global Finance nəşri Ziraat Bank Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidməti təqdim edən” elan etmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun” filialının açılışı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 44 d. əvvəl
- 45 d. əvvəl
-
-
53 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























