FED faiz qərarını açıqladı
Fed "Yaxın zamanda faizi artırmaq məqsədəuyğun olacaqdır" bildirərək Mart ayında faizini artıracağına işarə etdi. Fed faizini proqnozlara uyğun olaraq sabit saxlasa da, faizin artırılmasına tezliklə başlanılmasının məqsədəuyğun olacağını qeyd edib.ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, gözlənildiyi kimi Fed faizini dəyişməz saxlayaraq 0-0,25% aralığında saxlayıb.
"Yaxın zamanda faizi artırmaq məqsədəuyğun olacaqdır" - Fed-in açıqlamsında bildirilir.
Fed-in koronavirus pandemiyası başlayandən bu yana ilk dəfə faizini Mart ayında artıracağı gözlənilir. Əsas sual Fed-in 2022-ci ildə neçə dəfə faiz artıracağıdır.
Fed-in açıqlamasında faiz artımlarının tezliklə başlayacağı bildirilməklə bərabər, sonra balansın azaldılması əməliyyatının aparılacağı qeyd edilib.
Fed-in açıqlamasından sonra Dollar mühüm valyutalar qarşısında bahalaşıb, qızıl uculaşıb. Brent neftinin qiyməti isə yenidən 90 dollar səviyyəsini keçib.
Açıqlamada inflyasiyanın 2 faizi aşması və güclü məşğulluq bazarı ilə Fed-in Federal Açıq Bazar Komitəsinin tezliklə faiz artımına başlamasının məqsədəuyğun olacağı ifadə edilib.
Ölkədəki son məlumatlar inflyasiyanın müvəqqəti olması ilə bağlı ritorikanın dəyişməsinə səbəb olub. ABŞ-da açıqlanan son məlumatlara görə, dekabrda illik inflyasiya 7 faiz olaraq qeydə alınıb. Beləliklə, illik inflyasiya 1982-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb. Dekabrda istehlak qiymətləri aylıq 0,6 faiz artıb. Əsas inflyasiyanın göstəricisi hesab edilən ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi (baza inflyasiya) dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb.
FED sədri Jerome Powell saat 23:30-da mətbuat konfransı keçirəcək və sualları cavablandıracaq. Bazar aktyorları FED-in açıqlamasında və Pauellin çıxışında pul siyasəti mesajlarını diqqətlə izləyəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)







