“Bank Respublika”nın xalis mənfəəti kəskin artıb
Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relidə bildirilir ki, Bank Respublika dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib və bazardakı lider mövqelərini möhkəmləndirib.
1 yanvar 2022-ci il tarixinə bankın aktivləri 1,2 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 25% artaraq 104,48 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 2 dəfədən çox üstələmişdir.
2021-ci illə müqayisədə Bankın xalis faiz mənfəəti 25% artaraq 56,8 milyon manata, xalis mənfəəti isə 19,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox çoxdur.
12 ayın nəticələrinə əsasən Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən illə müqayisədə Bankın kredit portfeli 65% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Bankın depozit portfeli 16,2% artmışdır ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,66% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,6 dəfə və 1,4 dəfə çoxdur.
“Bank, yüksək korporativ idarəetmə standartları və etibarlı risk idarəetmə sistemi sayəsində 2020-ci ildə risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi ki, bu da 2021-ci ildə həm kredit, həm də qeyri-kredit sahələrində əla maliyyə nəticələrinin əsasını təşkil etdi. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və səmərəli işlərinə görə, həmçinin, tərəfdaşlarımıza və müştərilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirəm. 2022-ci ildə biz innovativ məhsulların yaradılması və yeni rəqəmsal həllərin tətbiqi ilə real sektora xidmət sahəsində fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq” - deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
- 42 d. əvvəl
-
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur






















