Azərbaycanın 3-cü böyük özəl bankı 27 milyon manatdan çox xalis mənfəət açıqladı
Aktivlərinin həcminə görə Azərbaycanın 3-cü böyük özəl bankı olan ASC "Xalq Bank" 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Xalq Bank" 2021-ci ili 27 milyon 289 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 25 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 5,9% və ya 1 milyon 514 min manat artıb.
XƏRCLƏRİ AZALIB
2021-ci ildə "Xalq Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 106 milyon 941 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 18,3 % (və ya 24 milyon 14 min manat) azdır. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 130 milyon 955 min manat təşkil etmişdi.
2021-ci ildə "Xalq Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 76 milyon 826 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 2,5% (və ya 1 milyon 986 min manat) azdır. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 78 milyon 812 min manat təşkil etmişdi.
Ötən il "Xalq Bank"ın gəlirləri xərclərini üstələdiyindən 30 milyon 115 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olmuş 1 milyon 908 min manat mənfəətə əlavə edilib. Bank ötən il 5 milyon 222 min manat mənfəət vergisi ödədiyindən ili 27 milyon 289 min manat xalis mənfəət ilə bağlayıb. Xatırladaq ki, "Xalq Bank" 2020-ci ildə 52 milyon 143 min manat əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 19 milyon 639 min manat ayırdığı üçün həmin ili 25 milyon 775 min manat xalis mənfəət ilə başa vurmuşdu.
AKTİVLƏRİ 2,3 MİLYARD MANATDAN ÇOXDUR
"Xalq Bank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 0,6% və ya 13 milyon 699 min manat azalaraq 2 milyard 339 milyon 392 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 2 milyard 353 milyon 91 min manat cəmi aktivlərə malik idi.
KREDİTLƏR İSƏ 1,4 MİLYARD MANATDAN ÇOXDUR
"Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 4,6% və ya 68 milyon 143 min manat azalaraq 1 milyard 406 milyon 980 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 1 milyard 475 milyon 123 manata çatmışdı.
"Xalq Bank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 3% və ya 47 milyon 224 min manat azalaraq 1 milyard 543 milyon 268 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 1 milyard 590 milyon 492 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI 400 MİLYON MANATIN ÜZƏRİNDƏDİR
31 dekabr 2021-ci il tarixində "Xalq Bank" 400 milyon 392 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 427 milyon 569 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
19 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
-
32 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"



























