Bakıda yenilənəcək parkda amfiteatr fəaliyyət göstərəcək
Bakının “Ukranya dairəsi” yaxınlığında yerləşən Heydər Əliyev parkı genişləndirilir.
Bunu açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, yay aylarında parkın 2 hektar ərazisində abadlıq və genişləndirmə işləri aparılıb. Yaxın günlərdə isə həm böyüklər, həm də uşaqlar üçün idman və əyləncə qurğuları, söhbətgahlar və müasir işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulur: “Parkın ümumi ərazisi 14 hektardır. İşlərin bir neçə aya yekunlaşacağı planlaşdırılır.
Həmçinin, parkın relyefinə uyğun olaraq, kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün amfiteatr qurulur. Artıq bu istiqamətdə işlərə başlanılıb”.
P.İmanov bildirib ki, parkın ərazisinin böyük hissəsinə yaşıl örtük vururlacaq, bitki və ağaclara aqrotexniki qulluq üçün su xətləri çəkiləcək: “İstirahətə gələn insanların rahatlığını təmin etmək üçün avtomobil dayanacağı da nəzərdə tutulur. Həmçinin, hazırlıq işləri çərçivəsində uzunmüddətli istifadəsiz qalan tikililər də söküləcək”.
Qeyd edək ki, bu park ulu öndər Heydər Əliyevin iştiraki ilə 2000-ci ildə açılıb. 2007- ci ildə isə, parkda yenidənqurma işləri aprılaraq, Heydər Əliyevin heykəli qoyulub.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















