Azərbaycanın iri sığorta şirkətində Maliyyə Blokunun Rəhbəri vəzifəsini yerinə yetirəcək
Ölkənin qeyri-həyat sığorta bazarında lider şirkət olaraq tanınan PAŞA Sığorta şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
Şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, İnarə Mirhəsənova 17 yanvar 2022-ci ildən etibarən PAŞA Sığortada İdarə Heyətinin Üzvü/ Maliyyə Blokunun Rəhbəri vəzifəsini yerinə yetirəcəkdir. Yenicə təyinat alan İnarə Mirhəsənova sığorta və maliyyə sektorunda geniş təcrübəyə malik peşəkardır. Son olaraq, PAŞA Holdinqin Biznes Qrupunda Bank və Sığorta Şirkətlərində strategiyanın icrasının monitorinqinə cavabdeh olmuşdur. Daha öncə isə PAŞA Həyat Sığorta Şirkətinin Strategiya və İnvestisiya Departamentinin Rəhbəri olaraq çalışmışdır. O, həmçinin ölkənin sığorta sektorunda mövcud olan bir neçə sığorta şirkətində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Qeyd edək ki, daha öncə PAŞA Sığorta şirkətində bu vəzifəni icra edən Ülviyyə Abbasovanın PAŞA Holdinq tərəfindən Qrupun yeni Strateji Aktivi olacaq şirkətin İdarə Heyətinə təyinatı haqqında qərar alınmışdır.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























