"Bakıda daşınmaz əmlakın qiymət artımı bu il də davam edəcək"
“Bu il də ötən ildə olduğu kimi Bakının daşınmaz əmlak bazarında qiymətlərin artacağı gözlənilir".
Bu barədə daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.
E.Fərzliyev bildirib ki, bunun səbəbi həm tikinti materiallarının qiymətlərinin artması, həm də paytaxtda tikintiyə yararlı torpaq sahələrinin az olmasıdır:
“Digər tərəfdən, artıq tikinti şirkətləri daha çox istismar müddətini bitirmiş köhnə 4-5 mərtəbəli binaları söküb onların yerində yeni binalar tikirlər. Bu zaman onların qazancı əvvəlkindən daha az olur. Çünki bir binanı sökərkən tikinti şirkəti məcburən həmin binanın sakinlərinə bina tikilib təhvil verilənə qədər kirayə pulu ödəyir. Daha sonra həmin sakinlərə həmin binadan daha geniş kvadratlı, tam təmirli mənzil verilir. Bir 4 bloklu beş mərtəbəli binada 60 mənzil varsa, onu söküb yerində yeni bina tikəndə şirkət binadakı mənzillərin yarıdan çoxunu sakinlərə verməli, digərlərini satıb qazanc götürməlidir. Bu isə şirkətlər üçün əlverişli olmadığına görə, məcburən onlar mənzillərin kvadratmetrinə görə qiymətlərini artıracaq”.
Ekspert qeyd edib ki, yeni tikili binaların altındakı obyektlərin fəaliyyətinə tətbiq edilən qadağalar da mənizllərin qiymətinin artmasına təsir edəcək:
“Eyni zamanda ötən ilin sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni tikili binaların altında bir sıra iaşə müəssisələrinin fəaliyyəti qadağan edildi, digərlərinin isə saat 23:00-a qədər işləməsinə icazə verildi. Tikinti şirkətləri daha çox binaların altındakı qeyri-yaşayış sahələrini sataraq pul qazanırdılar. Yeni qanun binaların altında ictimai iaşə fəaliyyəti üçün nəzərdə tutulan obyektlərin satışına mane olacaq. Bu da tikintilərin ümumi qiymətinə təsirsiz ötüşməyəcək.
Bu gün mənzillərin əksəriyyəti kredit yolu ilə satılır. İpoteka kreditləri və şirkətdaxili kreditlər vasitəsilə satılan mənzillərin sayı əvvəlki illərdən daha çoxdur. Bu da onu göstərir ki, mənzillərin alışına tələbat çoxdur. Tələbin çox, təklifin az olması qiymətlərə də təsir edir.
“Bu sahədə qiymətin artmaması üçün dövlətin özünün müəyyən dəstəyi olmalıdır. Tikinti şirkətləri üçün müəyyən imtiyazlar, vergidən azad olmalar tətbiq edilməli, yaxud dövlət özü hansısa formada söküntülər aparıb torpaqları satın alaraq tikinti şirkətləri üçün şərait yaratrmalıdır ki, tikintilərin xərci aşağı düşsün və vətəndaşların ev problemi həll edilsin”, - deyə ekspert bildirib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)













.jpg)





