Noyabr ayında ABŞ-da rekord sayda insan işini tərk edib
2021-ci ilin noyabrında ABŞ-da könüllü işdən çıxanların sayı 4,5 milyon olub.ABŞ Əmək Nazirliyi 2021-ci ilin noyabr ayı üçün JOLTS Vakansiyaları məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə boş iş yerlərinin sayı noyabr ayında oktyabr ayı ilə müqayisədə 529 min azalaraq 10 milyon 562 minə enib.
Bu dövrdə boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi.
2021-ci ilin oktyabr ayında boş iş yerlərinin sayı 11 milyon 91 min idi.
Sözügedən dövrdə vakant iş yerlərinin sayının ən çox azaldığı sektorlar mehmanxana, qida xidmətləri və tikinti olub. Maliyyə, sığorta və federal hökumət sektorlarında vakansiyaların sayı artıb.
Noyabrda işə qəbul edilənlərin sayı 191 min artaraq 6 milyon 697 minə çatıb.
Ölkədə işdən çıxarılan və ya işini tərk edənlərin sayı noyabr ayında 382 min nəfər artaraq 6 milyon 273 min nəfərə çatıb.
Noyabrda işini könüllü tərk edənlərin sayı bir əvvəlki ayla müqayisədə 370 min nəfər artaraq 4,5 milyon ilə bütün zamanların ən yüksək səviyyəsinə çatıb. 2021-ci ilin sentyabr ayında ABŞ-da 4,4 milyon insan işini tərk etmişdi.
Noyabrda ölkədə işini tərk etmə nisbəti 3 faizə yüksəlib.
Sözügedən dövrdə işini tərk edənlərin sayında ən çox artım müşahidə olunan sektorlar mehmanxana, restoran, səhiyyə, sosial yardım, nəqliyyat və anbar sahələridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 9 d. əvvəl
- 21 d. əvvəl
- 29 d. əvvəl
- 39 d. əvvəl
-
55 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























