7 minə yaxın iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, 2021-ci il 15-27 dekabr tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 6829 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 1417-si Bakı şəhəri, 5412-si isə Sumqayıt şəhərinin payına düşür.
Məlumatda qeyd edilib ki, ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına imkan verir. Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, istehsal edilən məhsulların ixrac tələblərinin təmin olunmasına zəmin yaradır.
Bu sistemin tətbiqi ilə heyvanların genetik məlumatlarının izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, baytarlıq-sanitariya və heyvan sağlamlığı ilə bağlı digər zəruri tədbirlərin tənzimlənməsi əsasında ölkəmizin müasir qida təhlükəsizliyi standartına inteqrasiyası təmin ediləcək.
Qeyd edək ki, identifikasiyanın ilk mərhələsində pilot layihə olaraq Bakı və Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi həyata keçirilir, 2022-ci ildən etibarən isə identifikasiyanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
20 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























