Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropada qazın qiyməti daha da düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada qazın qiyməti daha da düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropada qazın qiyməti cümə günü birja ticarəti zamanı azalmaqda davam edir və artıq min kubmetr üçün 1200 dollardan aşağı düşüb. 

Marja.az London birjasının (ICE) məlumatlarına istinadən xəbər verir ki, yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 1157 dollara geriləyib (MVt/saat üçün 98,655 avro)

Günün əvvəlindən qazın qiymətinin ümumi azalması 25%-dən çoxdur.

Dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçmişdi. Bunun əsas səbəbləri yaxınlaşan soyuq hava və Avropanın yeraltı anbarlarında  aşağı qaz ehtiyatlarıdır.

Rusiya hökumətinin baş nazirinin birinci müavini Andrey Belousov Forbes-ə müsahibəsində bildirib ki, 2022-ci ilin ortalarına qədər Avropada qazın qiyməti min kubmetr üçün 400 dollara düşə bilər.  

“Mövcud hesablamalara görə, 2022-ci ilin ortalarına qədər qazın qiyməti min kubmetr üçün 400 dollara düşəcək" - Belousov deyib.

O, həmçinin qeyd edib ki, qazın qiymətinin hazırkı səviyyəsi ammonium gübrələrinin istehsalının əhəmiyyətli dərəcədə azalmasına və nəticədə onların “kritik çatışmazlığına” səbəb olub.   

24.12.2021 17:04
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18