Azərbaycanda Avropaya fındıq ixracı asanlaşdı
Avropa İttifaqının müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib. Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.
Marja.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki. hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına (Aİ) ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.
"Belə ki, 2017-2018-ci illər ərzində ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanması səbəbindən hər iki ildə 18 (ümumilikdə 26) notifikasiya daxil olub və yük partiyaları geri qaytarılıb, yük partiyalarının yoxlama tezliyi isə artırılıb. 2020-ci ildə cəmi 1, 2021-ci il üzrə isə 2 notifikasiya qeydə alınıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydaların sadələşdirilməsinə zəmin yaradıb.
Qeyd edək ki, Aİ-nin 2019-cu il müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.
Görülən işlərin və həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Avropa İttifaqı Agentlik tərəfindən həyata keçirilən nəzarət sistemini yüksək qiymətləndirib. Belə ki, Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib. Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.
Bununla əlaqədar, Aİ-nin müvafiq Qərarına dəyişiklik edilərək, Azərbaycan Respublikası həmin Qərarın II Əlavəsindən çıxarılaraq, I Əlavəsinə daxil edilir. Yəni, bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlara əldə edilmiş müsbət tendensiyanın qorunub saxlanılması və daha da genişləndirilməsi üçün təhlükəsizlik tələblərinə əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət etməyə çağırır.
Bununla əlaqədar, AQTA tərəfindən nəzarət tədbirləri davam etdiriləcək və bu sahədə sahibkarlarla sıx əməkdaşlıq ediləcəkdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
44 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol














.jpg)







