“AzerGold”un qızıl məhsullarının satışında ciddi artım qeydə alınıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətə başladığı gündən istehlakçıların böyük marağına səbəb olan Satış və mübadilə mərkəzində 1 dekabr 2021-ci il tarixinədək, ümumilikdə 1029.2 unsiya (32 kq) qızılın satışı həyata keçirilib.
QSC-dən Marja-ya daxil olmuş məlumata görə, nəticədə son 3 ay ərzində təkcə hədiyyə qismində deyil, sərfəli investisiya aləti kimi də istehlak olunan qızıl sikkə və külçələrin pərakəndə satışından dövriyyəyə 3.4 milyon manatdan çox vəsait cəlb edilib.
Müqayisə üçün qeyd edilib ki, Səhmdar Cəmiyyət ötən ilin eyni dövründə pərakəndə satış bazarında cəmi 93.9 unsiya qızılın satışını həyata keçirmişdi. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində alıcılara təqdim edilən qızıl sikkə və külçələrin satışından ümumilikdə 435 min manat vəsait dövriyyəyə cəlb edilmişdi. Cari ilin eyni dövründə isə pərakəndə satışdan əldə edilən vəsait 87 faiz daha çoxdur.
"Bu, 2021-ci il ərzində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda qiymətli məhsullara artan təlabətla əlaqadar olmaqla, daxili bazara yönəldilən qızılın həcminin artırılmasını labüd edib. Beləliklə, Səhmdar Cəmiyyətin hasil etdiyi qızılın bir hissəsinin daxili bazara yönəldilməsi şirkətin illik ixrac planına müəyyən qədər təsir etsə də, yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub",- məlumatda deyilir.
Xatıraladaq ki, “AzerGold” milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzini istifadəyə verib. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 999.9 əyarlı, 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda hazırlanan qızıl sikkələr satışa çıxarılıb. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Aparılmış bazar araşdırmalarına əsasən “AzerGold”un məhsulları yerli bazarda eyni kateqoriyadan olan məhsullarla müqayisədə ən sərfəli qiymətə təklif olunur.
Qeyd edək ki, satış mərkəzində məhsulların satışı ilə yanaşı həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi də təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
- 28 d. əvvəl
- 43 d. əvvəl
-
45 d. əvvəl
"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik"
-
56 d. əvvəl
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
- 56 d. əvvəl
-
59 d. əvvəl
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
-
1 saat əvvəl
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Azərkosmos-un yanvarda əldə etdiyi gəlir açıqlanıb
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
SOCAR Avropaya qaz ixracını 50% artırıb
Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir
SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib
Bank Gəncədə 2-ci filialını açdı























