Birjalarda son vəziyyət
EUR
Avropa Mərkəzi Bankın cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da gələcəyə dair verəcəyi açıqlamalara günlər qalmış, EURUSD 1.13$ ətrafında korreksiya etməkdədir. Beləliklə, mətbuat konfransında nikbinliyin artmasına səbəb olacaq ifadələr, avronun 1.15$-a kimi bahalaşmasına səbəb ola bilər.
Çərşənbə günü saat 23:00-da FED-in də önəmli açıqlamaları olacaqdır.
GBP
Bu həftə foreks bazarları fundamental göstəricilərlə zəngin olmaqla bərabər, investorların əsas diqqət mərkəzində olan hadisə mərkəzi bankların açıqlamalarıdır. Bura İngiltərə Bankı da daxildir.
Keçən həftə ərzində 1.32$-da dəstək görməyə başlayan GBPUSD məzənnəsində isə 1.33$ müqavimətinin qırılması üçün əsas lazımdır. Bu baş verərsə, bahalaşma 1.3442-a kimi sürətlənə bilər.
TRY
Hökümətin ciddi tədbirləri ilə USDTRY məzənnəsi 13.94TL-də müqavimətlə rastlaşıb. 13.56TL-nin qırılması ilə ucuzlaşma başlaya bilər.
TCMB tərəfindən cümə axşamı saat 15:00-da yayımlanacaq yeni faiz qərarı üzrə 14%-ə kimi azaldılma proqnozları da nəzərə alınmalıdır.
OIL
Enerji birjalarında Brent neftinin bir barel qiyməti növbəti dəfə 74$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Trend 82$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qızılın qiyməti son günlər dollar indeksinə əsasən istiqamət alır. Dollara qarşı təzyiqlərin arta biləcəyi ehtimalları isə üstünlük təşkil edir. Bu, bir unsiya qiymətin 1839$-a (59.2$/qram) kimi dəyər qazana biləcəyinə də əsaslar yaradır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)





