SOCAR 2 böyük layihədə payını artırır
SOCAR “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırır“Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4.35%-lik iştirak payını almışdır. “Petronas” şirkətinə məxsus 15.5%-lik iştirak payının qalan hissəsi “Şahdəniz” layihəsində iştirak edən “LUKOIL” və bp şirkətləri tərəfindən satın alınmışdır.
Marja.az xəbər verir ki, bu barədə SOCAR--ın yaydığı məlumatda bildirilir.
Bununla da SOCAR-ın “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14.35%-ə yüksəlir. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 49%-i SOCAR-a məxsus Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti də “Şahdəniz” layihəsində 6.67% malikdir.
Qeyd edək ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilmiş və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunmuşdur.
Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanmışdır. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi ilə bağlı yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində qəbul edilmişdir. 2018-ci ildə “Şahdəniz 2” layihəsi çərçivəsində hasil edilmiş ilk təbii qaz həcmləri Türkiyə bazarına daxil olmuşdur. 31 dekabr 2020-ci il tarixindən etibarən “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə də nəql olunmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
15 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























