Ağdamda mişar daşı istehsalı layihəsinə investor axtarılır - MÜSABİQƏ
Seçilmiş investorla birlikdə şirkət yaradılacaq. Bu şirkətin səhm kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) iştirak payı maksimum 30% təşkil edəcək. Layihənin icrasına başlandıqdan 5-7 il sonra AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edir.
Marja ASC-nin elanına istinadən xəbər verir ki, müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Müsabiqə üzrə seçimə dəvət aşağıda qeyd olunan sənədlər təqdim edildikdən sonra aparılacaq:
1.İddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi;
2.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
3.İddiaçının maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 milyon manatdan yuxarı olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları);
4. İddiaçının biznes idarəçiliyi, komandası, (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar; (həmçinin bura daxildir: dağ-mədən sahəsində fəaliyyət göstərən ixtisaslı kadrlar, maddi-texniki bazası və s)
Qeyd: Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.
Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar 20.12.2021 tarix, saat 17:00-dək qeyd olunan sənədləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin ünvanına təqdim edə bilərlər.
Ünvan:
AZ 1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 25E
Bakı Ağ Şəhər Ofis Binası, 3-cü mərtəbə
Tel: +994 12 488 80 10
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















