Dollarla kredit vermək olar? - Məhkəmədən açıqlama

Konstitusiya Məhkəməsi tərəfindən kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarda borcluların mənafelərinin tam şəkildə nəzərə alınmaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, Plenumun qərarlarında əks olunan hüquqi mövqelər, bir qayda olaraq, Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla formalaşdırılır.
Bir müddət əvvəl mətbuatda adı çəkilən kreditlərin xarici valyutada verilməsinin Azərbaycan Konstitusiyasına uyğun olub-olmaması məsələsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında öz əksini tapıb.
Bu Qərar Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilib.
Qərarda, ilk növbədə, kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə zidd olub-olmaması məsələsinə aydınlıq gətirilib. Bununla yanaşı, mülki qanunvericiliyin xarici valyutada olan kredit müqaviləsinin bağlanmasına, belə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müvafiq normaları, həmçinin pul vahidinin dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması şərh edilib.
Birinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.
Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.
Həmin qərarda Konstitusiya Məhkəməsi bir sıra normativ hüquqi aktların müvafiq müddəalarını təhlil edərək hesab edir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
İkinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin müvafiq maddələrini şərh edərək belə nəticəyə gəlib ki, kredit müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Lakin müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.
Qeyd edilməlidir ki, oxşar qayda bir çox xarici dövlətlərin qanunvericiliyində də mövcuddur.
Konstitusiya Məhkəməsinin Plenumunu onu da vurğulayıb ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir.
Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Qərarın nəticə hissəsində əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi barədə tövsiyə verib.
Azərbaycan hüquq sistemini təhlil edən hər bir şəxs dərk edir ki, ölkəmizdə konstitusiya ədalət mühakiməsini həyata keçirən Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına, habelə qanunların şərh edilməsinə dair qərarlarda hər-hansı tərəfin xeyrinə və yaxud ziyanına mövqe ifadə etmir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri Konstitusiyadan irəli gələn qanunvericilikdə hər hansı ziddiyətli və yaxud dolğun olmayan anlayışlara və yanaşmalara aydınlıq gətirməkdən ibarətdir.
© Qafqazinfo
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
12 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
