Azərbaycanda 4 BOKT-un kredit portfeli 15 milyon manatdan çoxdur
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 15 milyon manatdan çoxdur.
Bunlar “Aqrarkredit” (73,857 milyon manat), “Embafinans” (27,409 milyon manat), “Finoko” (18,561 milyon manat) “FİNKA Azərbaycan”dır (17,946 milyon manat).
3 BOKT-un kredit portfeli 10-15 milyon manat arasında, 24 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 11 BOKT-un kredit portfeli isə 1 milyon manatdan azdır.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
***
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 15-i ötən il kredit portfelini artırıb. Bunlar “Falcon Finance”, “TCF”, “Kredex”, “Brand Credit”, “FİNKA Azərbaycan”, “City Finance”, “International”, “Finans İnvest”, “Qafqaz-Kredit”, “Azmikroinvest”, “İDK”, “Kəpəz”, “Viator Mikrokredit Azərbaycan”, “Avrasiya-Kredit” və “Asel Kredit”dir. Ən yüksək dinamika “Falcon Finance” (21,3 dəfə), ən aşağı dinamika isə “Asel Kredit”də (3,8%) qeydə alınıb.
1 BOKT-un - “MJ Financial Services”in kredit portfeli ötən ildən formalaşıb, odur ki, onun kredit portfelinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 23 BOKT-un isə kredit portfeli azalıb. Ən çox azalma “Birkart”da (93%), ən az azalma isə “Finoko”da (2,6%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 28 d. əvvəl
-
30 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti






















