“Agro Dairy” Azərbaycanda kənd təsərrüfatı sahəsində İSO 37001:2016 sertifikatını alan ilk şirkət oldu
İSO 37001:2016 korrupsiyaya qarşı idarəetmə sistemi sertifikatıdır(®) Azərbaycanın kənd təsərrüfatı sahəsində iri və qabaqcıl şirkətlərindən olan “Agro Dairy” MMC ISO 37001:2016 “Korrupsiyaya qarşı idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını əldə edərək, korporativ mədəniyyətin şirkət üçün böyük önəm daşıdığını nümayiş etdirmiş oldu.
Sertifikatlaşdırılma auditi ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Denetik International Certification and Surveillance Services şirkəti tərəfindən keçirilmişdir.
ISO 37001:2016 standartları təşkilatlarda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya riskinin azaldılması məqsədilə daxili nəzarət sistemlərinin, proses və təlimatların yaradılmasını, tətbiqini, dövri olaraq effektivliyinin yoxlanmasını və təkmilləşdirilməsini tələb edir.
“Agro Dairy” MMC öz biznes fəaliyyətini həyata keçirən zaman etik normalara, eyni zamanda qüvvədə olan bütün qanunlara əməl etməklə öz işgüzar fəaliyyətini yerinə yetirməyi bir öhdəlik olaraq öz üzərinə götürür və bu baxımdan da rüşvətxorluq və korrupsiyaya qarşı dözülməzlik nümayiş etdirərək öz fəaliyyəti zamanı peşəkarlıq, ədalətlilik və şəffaflıq prinsiplərini əsas götürür, eyni zamanda, əməkdaşlıq etdiyi istər yerli, istərsə də xarici şirkətlərlə öz yurisdiksiyası çərçivəsində rüşvətxorluq və korrupsiyaya qarşı siyasət aparır.
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilmişdir. İSO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində ilk və qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 2 d. əvvəl
-
-
49 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
1 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
4 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
4 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb



















