Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 482 milyon 652 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına görə, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 10,9% çoxdur.
Ötən 10 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% artaraq 223 milyon 48 min manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 299 milyon 848 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 80,7% artaraq 101 milyon 363 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-oktyabr aylarında 67,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 45,45 manata çatıb.
Həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 314 milyon 47 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,1% çoxdur.
Ötən 10 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 391 milyon 653 min manat təşkil edib. Bu isə illik müqayisədə 6,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,75% azalaraq 216 milyon 458 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 184 milyon 753 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 68,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 84,1 manat və 35,75 manat olub.


“Renkinq”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















