Ərdoğan danışdı, dollar rekord qırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni iqtisadi modelini izah etmək üçün TRT-də qonaq olub. Ərdoğanın faizlərə dair etdiyi şərhlər Türk Lirəsinin dəyərdən düşməsini sürətləndirib. Dollar 14 türk lirəinə yaxınlaşıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən axşam canlı yayımda, "Hazırda faizi aşağı salırıq, inflyasiyanın da inşallah düşdüyünü birlikdə görəcəyik" deyib.
Marja.az xəbər verir ki, Ərdoğanın faiz ilə bağlı mövqeyi Mərkəzi Bankın əsas faizini daha da şağı alacağı gözləntilərini gücləndirib. Bununla əlaqədar olaraq Türk Lirəsi ucuzlaşır.
Beynəlxalq bazarlarda Dollar/TL məzənnəsi 13,95 lirə səviyyəsini görərək rekord qırıb. Avro/ TL məzənnəsi də 15.89-a qalxaraq rekord yeniləyib.
Ərdoğan canlı yayımda bildirib: "İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin bir hissəsidir. Türkiyə iqtisadiyyatı güclüdür. Makro göstəricilərimiz və son dövrdəki iqtisadi performansımız çox yaxşı vəziyyətdədir. Valyuta məzənnələrində gördüyümüz son hərəkətlərin iqtisadi təməli olmadığı açıqdır. Bunu anlayanlar var, anlamayanlar var. İstehsal, sərmayə, məşğulluq, ixracatı inkişaf etdirən siyasətlər ilə ölkəmizin gedərək güclənməsi, müstəqil siyasətlər aparacaq vəziyyətə gəlməsi əlbəttə bəzilərini narahat edir".
Seçki əvvəlinə qədər faizlərdə ciddi azalma olacağını söyləyən Ərdoğan, "təqvim verə bilmərəm" deyib.
"ARTIQ BURADAN DÖNMƏYƏCƏYİK"
"Biz məzənnə-faiz-inflyasiya sarmaşığında yaşamayacağıq" - deyə Ərdoğan belə davam edib:
"Sərmayə və istehsala əngəl olmalarına da icazə verməyəcəyik. Biz bu sarmaşıqdan çıxacağıq. Bu sarmaşıqdan xilas olmağımızı istəməyənlər məzənnə oyunları ilə bizi yenidən bu oyuna çəkməyə çalışırlar. Bu dəfə bunu bacara bilməyəcəklər. Ölkəmiz artıq bu oyunu qırmaq mərhələsinə gəlmişdir və artıq buradan dönməyəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















