Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 milyard manatı keçəcək
2025-ci ilin sonuna Azərbaycanda nominal ÜDM-in həcmi 101 milyard 246 milyon manat təşkil edəcək.
Bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə uzunmüddətli proqnozlarında əks olunub.
Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 93 milyard 32 milyon manat, 2023-cü ildə 95 milyard 158 milyon manat, 2024-cü ildə isə 97, milyard 927 milyon manata çatacaq. Qısamüddətli gözləntilərə görə isə, bu ilin sonunda ölkədə nominal ÜDM-in həcmi 89 milyard 496 milyon manat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlara görə, Azərbaycanda 2022-ci ildə nominal ÜDM-in həcmi 86 milyard 582 milyon manat, 2023-cü ildə 93 milyard 186 milyon manat, 2024-cü ildə 98 milyard 944 milyon manat, 2025-ci ildə isə 103 milyard 654 milyon manat olacaq.
Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda nominal ÜDM-in istehsalı 71 milyard 589 milyon manat təşkil edib. 2020-ci ilin yekunlarına görə isə, ölkənin nominal ÜDM-in həcmi 72 milyard 432 milyon manat təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)










.jpg)


