OPEC+, ABŞ-ın neft satışına cavab olaraq hasilatı artırmaqdan imtina edəcək

ABŞ administrasiyasının Çin, Hindistan, Yaponiya və Cənubi Koreyanın da qoşulduğu, tarixdə ən böyük olan strateji yanacaq ehtiyatından neft satmaq qərarı istehsalçı ölkələrin kəskin reaksiyasına səbəb olub.
OPEC+ ölkələri (kartel) “qara qızıl”ın əsas istehlakçılarının bazarda “temperaturu” aşağı salmaq cəhdlərinə cavab olaraq hasilatı artırmaq və nəzərdə tutulduğundan daha az barel tədarük etmək planlarına yenidən baxmağı düşünür.
Marja-nın məlumatına görə, karteldəki mənbələr "The Wall Street Journal" (WSJ) və "Bloomberg"ə bildiriblər ki, 23 neft ixrac edən ölkədən olan kartelin əsas üzvləri pandemiya zamanı ixtisar edilmiş hasilatın bazara qaytarılması cədvəlinin dəyişdirilməsinin tərəfdarıdırlar.
WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, bu ideyanı, birlikdə dünya neft istehlakının 20%-ni təmin edən Rusiya və Səudiyyə Ərəbistanı irəli sürür.
Təklifə, bu il OPEC+da əsas problem yaradan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qarşı çıxır. Xatırladaq ki, yayda BƏƏ şəxsi kvotalara yenidən baxılmasını tələb etdi və buna nail oldu. Ölkə üçün hasilat limiti artırılmasa, OPEC+u sazişdən çıxacağı ilə hədələyirdi.
Xatırladaq ki, Birləşmiş Ştatlar strateji yanacaq ehtiyatından 50 milyon barel neft satacağını elan edib. Müharibə və ya tədarükün fövqəladə dayandırılması zamanı istifadə eçen 1970-ci illərdən bəri yaradılmış ehtiyatların satışı rekord həddə çatacaq: bundan əvvəl maksimum həcm bir dəfəyə 1991-ci ildəki 30 milyon barellik olmuşdu (Küveytdəki müharibə zamanı).
ABŞ-ın müttəfiqləri də ehtiyatlarından 20 milyon barel satacaqlar.
Neft bazarı bu əməliyyatlarda qorxu üçün heç bir əsas görmədi. Vaşinqtonun rəsmi açıqlamasından sonra Brent kotirovkaları hətta 4 dollar və ya 5% bahalaşıb. Bu gün Bakı vaxtı ilə saat 14.45-də Brent markalı yanvar fyuçersləri bir barel üçün 81,99 dollara satılıb.
Amma OPEC+ başqa cür düşünür. Bloomberg OPEC+un daxili sənədinə istinadla qeyd edir ki, kartelin texniki komitəsi yanvarda gündəlik 2,3 milyon barel, fevralda isə 3,7 milyon barel rtıq hasilat riskini görür.
Agentliyin mənbələri bildirirlər ki, neft ehtiyatlarından satış ilə bağlı qərar karteldə əsassız hesab edilir və bazarın reallıqlarına cavab vermir.
İndi OPEC+ böhrandan əvvəlkindən sutkada 4 milyon barel az istehsal edir və hasilatı hər ay gündəlik 400 min barel artırır.
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
2 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 1-də gözlənilən hava şəraiti

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
