Yenidən Azərbaycanda əkininə başlanıb
“Ərzaq məhsullarının tədarükü və təchizatı” qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi istiqamətində fəal tədbirlər həyata keçirir.
Yerli istehsalı gücləndirmək, idxalı əvəz edən məhsulların əkinin genişləndirilməsi məqsədi ilə fermerlərə hərtərəfli dəstək layihələri reallaşdırılmaqdadır. Çin Xalq Respublikasının dövlət koorporasiyası olan “YTO GROUP”la birgə Qusar rayonunda ev təsərrüfatları üçün kiçik ölçülü traktorların istehsalı üzrə memorondum imzalanıb. Memoronduma əsasən, ildə 800 ədəd traktor istehsal edilərək sərfəli lizinq qiymətləri ilə ev təsərrüfatlarına satılacaq.
Mədəni əkinçilik prinsiplərinin tətbiqi, hektardan götürülən məhsuldarlığın yüksəldilməsi məqsədi ilə Səhmdar Cəmiyyət Rusiyanın “Evroxim” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq nəticəsində suda tez həll edilərək bitkinin vegetasiyasını sürətləndirən mineral gübrələrin əlverişli şərtlərlə fermer təsərrüfatlarının təminatına yönəldilməsi planlaşdırılır.
"Marja" xəbər verir ki, Səhmdar Cəmiyyəti ev təsərrüfatlarının növbəti inkişaf istiqaməti kimi müəyyən səbəblərə görə uzun illər ölkənin əkin struktrurundan çıxmış, lakin təlabat böyük olan dənli-paxlalı bitkilərin əkinin genişləndirilməsini həyata keçirir. Respublikanın bütün regionları üzrə verilmiş avans vəsaitinin böyük hissəsi dənli-paxlalı bitkilərin əkinin artırılmasına yönəldilib. Belə bitkilərdən biridə qarabaşaqdır.
Məlum olduğu kimi, qarabaşaq qida dəyəri yüksək, əhalinin istehlakında mühüm yer tutan bitkilərdən biridir. Aqrotexniki qulluğa qarşı tələbkar olmaması, münbit olmayan torpaqlarda belə asan yetişdirilməsi, sərt iqlim amillərinə qarşı dayanıqlığı bu bitkinin təsərrüfat əhəmiyyətini daha da artırır.
Respublikamızın bölgələrində uzun illər əkilmədiyi üçün hazırda qonşu ölkələrdən idxal edilir. Səhmdar Cəmiyyət yerli istehsalçılarda qarabaşaq əkininə marağı artırmaq üçün bu sahəyə avans məbləğinin verilməsini və istehsal olunan məhsulun fermerdən sərfəli qiymətə tədarük olunmasını həyata keçirir. İlk dəfə olaraq builki məhsul mövsümündə qarabaşaq əkinlərinə başlanıb. Belə ki, Kürdəmir rayonunda 50 hektar (gözlənilən məhsuldarlıq 125 ton), Qəbələ rayonunda 12 hektar (gözlənilən məhsuldarlıq 30 ton) və Bərdə rayonunda 1 hektar (gözlənilən məhsuldarlıq 2,5 ton) sahədə qarabaşaq əkini üçün istehsalçılara 39 min 348 manat avans verilib. Əkinlər optimal vaxtda başa çatdırılıb və hazırda sahələrdə aqrotexniki qaydalara uyğun bitiş əldə olunub. Sahələrdən əldə olunacaq proqnoz məhsuldarlıq 157,5 ton olacaq.
Səhmdar Cəmiyyətin “Monitorinq və mal dövriyyəsinə nəzarət” şöbəsinin müdiri Sahib Şükürov və regional bölmə əməkdaşları bu gün Qəbələ rayonu, Tüntül kənd sakini Elçin Baxışovun sahəsində olaraq bitkinin inkişaf fazasına baxış keçiriblər. Fermer 12 hektarda qarabaşaq əkini üçün 10 min 680 manat avans alıb. Bitkinin inkişafı, göstərilən aqrotexniki qulluq işlərinin səviyyəsi qənaətbəxş qiymətləndirilib.
Səhmdar Cəmiyyət bu ilki məhsul mövsümündə qarabaşaqla yanaşı, noxud, lobya, sarımsaq, kələm, yerkökü, kartof, kahı, çəltik və digər məhsullar da daxil olmaqla 39 məhsul növü üzrə 120 nəfər fermerə 2 milyon 712 min manat həcmində avans verib. Verilmiş avanslar üzrə tədarükün həcmi 25 min 526 ton təşkil edəcək.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
49 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
1 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
-
4 saat əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
4 saat əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
Ən çox oxunanlar
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN

















