Azercell şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüd ayırdı
Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı
(®) Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsi dövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir. 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il də tələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyat yoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekom hər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüslə onların inkişafına bir daha töhfə vermiş oldu.
Qeyd edək ki, siyahılar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdün verilməsi qərara alınıb.
Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindən şəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladları üçün “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdim olunub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 42 d. əvvəl
-
-
55 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
