Aqrar Sığorta Fondu güclü külək və hava şəraiti ilə bağlı fermerlərə müraciət edib
Azərbaycan ərazisində noyabrın 10-dan başlayaraq hava şəraiti kəskin dəyişib. Bakıda və bölgələrdə güclü külək müşahidə edilir. Hava şəraitin dəyişməsi, xüsusi güclü külək nəticəsində müxtəlif obyektlərə, o cümlədən əkin sahələrinə və təsərrüfatlara zərər dəyməsi istisna deyil.
Aqrar Sığorta Fondu bildirir ki, Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 saylı qərarıilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»na əsasən, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığota mexanizmi qasırğa və fırtına risklərinə də təminat verir.
Bu təminatlar baza zərfi çərçivəsində təqdim edilir və hazırda Aqrar Sığorta Fondunun sığortaladığı bütün sahələrə – heyvandarlıq təsərrüfatları, əkin sahələri və balıqçılıq təsərrüfatlarına aiddir.
Təsərrüfatlarını aqrar sığorta vasitəsilə sığortalamış təsərrüfatlar və sahibkarlar qasırğa və fırtına risklərindən də qorunmuş olurlar. Aqrar Sığorta Fondu sığortalanmış və qasırğa/fırtına riski nəticəsində zərər çəkmiş təsərrüfatları fonda müraciət etməyə dəvət edir.
Hazırda bu risklər üzrə 14 növ bitkini, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik sahələrini və fındıq bağlarını, eləcə də südlük mal-qaranı sığotalamaq mümkündür. Yaxın vaxtlarda sığortalanan əkinlərin və heyvanların siyahısı daha da genişlənəcək.
Əkin sahələrinin baza zərfi üzrə sığortalanması bitkinin növündən, əkin sahəsinin hansı regionda yerləşməsindən və məhsuldarlıq göstəricisindən asılıdır. Mal-qaranın sığortalanması üzrə sığorta haqları isə inəklərin (camışların) qiymətindən və seçilmiş sığorta zərfindən asılıdır.
Sahibkarlar Aqrar Sığorta Fondunun internet səhifəsindən yerləşdirilmiş «Bitkiçilik sığortası kalkulyatoru» və «Heyvandarlıq sığortası kalkulyatoru»ndan istifadə etməklə sığorta haqlarını müstəqil şəkildə hesablaya bilərlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















