Azərbaycanda yeni ziyanverici böcəklər tapılıb
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib.
Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.
İnstitutdan verilən məlumata görə, tədqiqat işinin nəticəsində ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində payızlıq buğda sahələrində, həmçinin yabanı dənli bitkilərin üstünlük təşkil etdiyi təbii senozlarda böcək faunası ətraflı tədqiq edilib. Müəyyən edilib ki, bölgədə dənli bitki senozlarında 10 fəsiləyə, 22 yarımfəsiləyə, 42 cinsə mənsub 54 növ yayılıb. Bunlardan 10 növ Azərbaycan faunasında, əlavə olaraq 16 növ isə Gəncə-Qazax bölgəsində ilk dəfə qeydə alınıb.
Gəncə-Qazax bölgəsində dənli bitki aqrosenoz və təbii senozlarında müəyyən edilən növlər rastgəlmə tezliyinə, qidalanma tipinə, bitkinin vegetativ və generativ orqanlarını zədələməsinə görə qruplaşdırılıb. Tədqiqatlar nəticəsində başlıca zərərverici sərtqanadlıların ilk dəfə olaraq Gəncə-Qazax bölgəsi üçün fenoloji təqvimi verilib, torpaqda miqrasiyası, rastgəlmə tezliyi, uçuş dinamikası və həmin növlərin payızlıq buğdaya zərəri hesablanıb, entomofaqları və qida bitkisi ilə əlaqələri müəyyən olunub:
"Bu nəticələr nəinki bölgə, həmçinin Azərbaycan faunası üçün nəzəri elmi baza kimi mühüm əhəmiyyət kəsb edir. Sərtqanadlıların aqrosenoz və təbii senozlarda yayılmasının, bir sahədən digərinə miqrasiyasının, dənli bitkilərlə trofik əlaqələrinin, tədqiqat ərazisində bu faunanın ekoloji vəziyyətinin qiymətləndirilməsinin, bununla yanaşı, payızlıq buğdaya daha çox ziyan vuran növlərin bioekologiyasının öyrənilməsi, onların fenoloji təqviminin tərtibi və bitkini zədələmə həddinin müəyyənləşdirilməsi üzrə əldə edilən nəticələr zərərverici sərtqanadlılara qarşı mübarizə tədbirlərinin hazırlanmasında istifadə oluna bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)




