Azərbaycanda qaz hasilatı 22 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,0 faiz artmışdır.
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 22,0 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 90,2 faiz, tikinti materiallarının istehsalı 79,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60,0 faiz, tütün məmulatlarının istehsalı 56,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,0 faiz, dəri və dəri məmulatlarının ayaqqabıların istehsalı 35,6 faiz, kağız və karton istehsalı 27,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,2 faiz, hazır metal məmulatlarının istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,0 faiz, neft məhsullarının istehsalı 16,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, qida məhsullarının istehsalı 10,9 faiz, mebel istehsalı 9,2 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,5 faiz, içki istehsalı 1,6 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,5 faiz, geyim istehsalı 14,5 faiz, poliqrafiya məhsullarının istehsalı 43,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 90,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)




.jpg)




