"Bu il büdcə xərcləri 1,2-1,3 milyard manata qədər icra olunmaya bilər"
"Azərbaycanıın builki dövlət büdcəsinin icrası olduqca uğurludur. Yüksək göstəricilərə nail olmuşuq”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.
“Xarici ticarət dövriyyəmiz də artıb. Ümumiyyətlə ilin sonuna gözlənilir ki, büdcədə 1,5 milyard manat qalıq olacaq. Xərclərimizin icrasında bəzi ləngimələrin olmasını da etiraf etməliyik. Büdcə xərclərinin 1,2-1,3 milyard manata qədər icra olunmaması gözlənilir”, - deyə nazir vurğulayıb.
"Qarabağla bağlı xərclər büdcədə ön sıralarda dayanır"
Samir Şərifov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı xərclər gələn ilin dövlət büdcəsi xərcləri arasında ön sıralarda dayanır.
“Qarabağın bərpası və yenidən qurulması, soydaşlarımızın doğma torpaqlarına qaytarılması kimi şərəfli vəzifənin yerinə yetirilməsi 2022-ci ildə də təmin ediləcək və bu məqsədlə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”, - o bildirib.
“Təhsil xərcləri hər il artırılır”
“Hər il təhsil xərclərinin artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Bu da dövlətin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir”,- Samir Şərifov deyib.
“Azərbaycan dövləti olduqca güclü xarici siyasət həyata keçirir. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılıb”, - nazir vurğulayıb.
O bildirib ki, Ombudsman Aparatının fəaliyyətinin təşkili üçün növbəti ilin dövlət büdcəsindən 4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















