“Nar” Qarabağ müharibəsi iştirakçılarına dəstək istiqamətində sosial layihələrini davam etdirir
(®)“Nar” “Yaşa, Vətən” kommunikasiyasının davamı olaraq, Qarabağ müharibəsi iştirakçılarına dəstək məqsədli sosial layihələrini davam etdirir. Belə ki, mobil operator “Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən 10 məktəblinin universitet hazırlığı xərclərinin ödənilməsini öz üzərinə götürüb. Məqsəd gənclər üçün təhsil imkanlarını daha da əlçatan edərək onların uğurlu gələcəyinə töhfə verməkdir.
“Gələcəyini Qur!” Gəncliyə Dəstək yüksək bilik və bacarığa malik olan 11-ci sinif şagirdlərini müəyyən edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin sponsorluğu ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən təhsil alma həvəsi və potensialı olan gəncləri ali təhsilə yiyələnməkdə dəstəkləmək, onları cəmiyyətin tamhüquqlu, məsul, bilikli və bacarıqlı vətəndaşları olaraq inkişaf etməsinə kömək etməkdir.
Xatırladaq ki, bundan öncə də “Nar” şəhid ailələrindən olan tələbələrə dəstək olmaq üçün NDU ilə birgə təqaüd proqramına start vermişdi. “Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)








