ABŞ-da inflyasiya 31 ilin ən yüksək səviyyəsində
ABŞ-da Oktyabr ayına dair istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) açıqlanıb. Məlumata görə, illik inflyasiya 6,2% olmaqla 1990-cı ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. İqtisadçıların proqnozu illik inflyasiyanın 5,9% olaraq açıqlanacağı istiqamətində idi.ABŞ-da istehlakçı qiymətləri indeksi Oktyabrda ötən ilin eyni ayı ilə müqayisədə 6,2% artıb. Beləliklə 1990-cı ildən bu yana ABŞ-ın istehlakçı qiymətləri indeksində ən sürətli illik artım qeydə alınıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu illik inflyasiyanın 5,9% olacağı istiqamətində idi.
Oktyabrda istehlakçı qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 0,9% artıb. Bu məlumata dair proqnoz 0,6% idi.
Baza inflyasiya olaraq qəbul edilən qida və enerji xaric istehlak qiymətləri indeksi Oktyabrda illik 4,6% artıb. Proqniz 4,3% idi.
Məlumatlar ölkədə inflyasiyanın müvəqqəti olub-olmadığı barədə müzakirələr baxımından yeni siqnallar təqdim edir. Fed-in son yığıncağındın qərar mətnində inflyasiyanın tamamilə müvəqqəti olmadığının düşünüldüyünə dair məlumatlar yer almışdı. Fed açıqlamasında, "İnflyasiya, böyük ölçüdə müvəqqəti olması gözlənilən faktorları əks etdirəcək şəkildə yüksəkdir" deyilmişdi.
Fed sədri Jerome Powell, "Yüksək bir inflyasiyaya sahibik və bunu məşğulluq bazarında olanlarla balanslaşdırmağımız lazımdır. Qarışıq bir vəziyyətdir. Faizləri artırmaq üçün doğru zaman olduğunu düşünmürük. Əmək bazarında (məşğulluqda) daha çox yaxşılaşma görmək istəyirik" - şəkilində bildirmişdi.
Powell, "Maksimum məşğulluğa çatmaq üçün hələ imkan var. İnflyasiya güclü məşğulluq bazarından qaynaqlanmır",- demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








