ABŞ neft qıtlığına görə OPEC+a qarşı tədbirlər hazırlayır
Noyabrın 4-də keçiriləcək növbəti görüşdə Səudiyyə Ərəbistanı və Rusiyanın iştirakı ilə kartelin heç bir tədbir görməyəcəyi təqdirdə cavab tədbirləri paketi müzakirə edilir.
Bloomberg, danışıqlarda iştirak edən bir neçə diplomata və sənaye insayderlərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar OPEC+a təzyiq etmək və 23 ölkədən ibarət kartelə neft hasilatını daha da artırmağa məcbur etmək üçün son illərin ən güclü koalisiyasını toplayıb.
Marja xəbər verir ki, məlumata görə, Çin, Yaponiya və Hindistan da daxil olmaqla ən böyük neft istehlakçıları, mərkəzi bankları təşviqlərdən və sıfır dərəcə siyasətindən imtina etməyə məcbur edən enerji inflyasiyasının sürətlənməsi fonunda bağlı qapılar arxasında diplomatik kampaniya aparırlar.
Bloomberg-in mənbələri bildirirlər ki, Co Bayden (Joe Biden) administrasiyası son 7 ilin ən yüksək səviyyəsinə çatan benzin qiymətlərindəki artımdan getdikcə daha çox narahat olur və OPEC+u həftələrdir daha çox neft hasil etməyə çağırır.
Dünyanın dördüncü ən böyük neft istehlakçısı olan Yaponiya oktyabrın sonunda bu çağırışlara qoşulmaq üçün nadir addım atıb. Üçüncü ən böyük istehlakçı olan Hindistan da daha çox hasilat tələb edir. Diplomatların fikrincə, Çin üzdə susur, ancaq gizlində hasilatın artırılmasını istəyir.
ABŞ-ın yüksək səviyyəli enerji diplomatı Amos Hochstein "Biz enerji böhranı içərisindəyik" deyib: “İstehsalçılar neft və qaz bazarlarının tarazlığını təmin etməlidirlər”.
İndi hər ay OPEC+ ölkələri hasilatı sutkada 400 min barel artırırlar. Lakin bu kifayət deyil. Romada yüksək rütbəli ABŞ rəsmisi Bloomberg-ə bildirib ki, ABŞ enerji istehlak edən digər ölkələrlə OPEC+u cari tədarük böhranının öhdəsindən gəlməyə necə sövq etmək barədə danışıqlar aparır.
Onun sözlərinə görə, noyabrın 4-də keçiriləcək növbəti görüşdə Səudiyyə Ərəbistanı və Rusiyanın iştirakı ilə kartelin heç bir tədbir görməyəcəyi təqdirdə cavab tədbirləri paketi müzakirə edilir.
Brent markalı neftin qiyməti kəsir fonunda bir barel üçün 130% artaraq 36 dollardan 83 dollaradək yüksəlib. "Goldman Sachs"ın məlumatına görə, oktyabr ayında dünya anbarları sutkada 4,5 milyon barel sürətlə boşalıb və ilin sonunda cəmi ehtiyatlar son 8 ilin ən aşağı hsəviyyəsində ola bilər.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb.
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
1 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
1 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

AYNA-ya yeni vəzifə həvalə edildi

“Azerfon”un baş icraçı direktoru vəzifəsindən ayrılıb
