SOCAR-dan 100 milyon dollarlıq istiqrazlar ilə bağlı açıqlama
SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Ali Ağaoğlunun media üçün açıqlama verib.
Marja xəbər verir ki, açıqlamada bildirilir:
Bildiyiniz kimi, 5 illik 5% faizlə ilk 100 milyon dollarlıq ilk SOCAR İstiqrazları tədavülə buraxıldı və ilk emissiya oktyabrın 17-də uğurla tamamlandı. Hesab edirəm ki, çox uğurlu bir layihə oldu və uğurlu hesab olunmasının əsas səbəbi ondan ibarət idi ki, 5 il müddətində hər hansı bir problem və ya maneəylə rastlaşmadıq. 5 faiz illik şərtlə hər rüb faizlər ödənildi və istiqraz sahiblərinə əsas məbləğ faizləri də ödənilmiş oldu.
İlk istiqrazın tədavülündə əsas iki mühüm məqsəd var idi. Birincisi, maliyyə bazarlarına töhfə vermək və eyni zamanda, SOCAR-ın adına layiq liderlik nümayiş etdirmək idi. Bu, SOCAR prezidenti Rövnəq Abdullayevin əvəzsiz səyləri və böyük dəstəyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və, investisiya şirkətləri və digər bankları bir araya gətirən ilk və ən böyük istiqraz tədavülü idi.
Yeni istiqraz tədavülümüzdə də SOCAR Kapital olaraq, həm liderlik mövqeyimizi saxlayır, həm də öncədən başladığımız və indi daha asanlaşdırdığımız bu yolda digər istiqrazların da mövcudluğu şəraitində hələ də ən yüksək emissiya olaraq 100 milyon dollarlıq tədavülü həyata keçiririk. Bu tədavül də 5 illik olacaqdır və yenə də rüblük ödəniləcəkdir. İllik faiz dərəcəsi isə 4,5 % olacaqdır. Eyni zamanda əvvəlki istiqrazla eyni imtiyazları daşıyacaqdır. Bu imtiyazlar isə vergidən azad olma, sahibinin onu istənilən vaxt sata bilməsi, PSG Kapital kimi marketmeykerə sahib olmasıdır. Proses çox uğurla davam etməkdədir. Sevindirici haldır ki, bizim başladığımız bu istiqamətdə hazırda təxminən 9 şirkət tərəfindən yeni müxtəlif istiqrazlar tədavülə buraxılıb. Bu, bütünlükdə Azərbaycan maliyyə bazarı üçün çox önəmli inkişafdır.
2 noyabr tarixində ikinci bazar əməliyyatlarının başlamasını hədəfləyirik. Ümid edirik ki, bu layihəmiz də uğurlu başlayacaq. Azərbaycan maliyyə bazarlarına töhfə verərək başda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin birinci tədavüldəki böyük dəstəyi kimi, yeni tədavüldə də Müşahidə Şuramızın dəstəyi ilə bu tədavülü həyata keçiririk. Qeyd edim ki, 29 oktyabr SOCAR istiqrazlarına abunə yazılışı üçün son gündür. İstiqraz əldə etmək istəyənlər ASAN 1 və ASAN 5 mərkəzlərinə və investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















