Mikayıl Cabbarov “Müdirlərin Dəyirmi Masası”nda çıxış edib
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısı keçirilib.
Toplantı çərçivəsində keçirilən “Müdirlərin Dəyirmi Masası”nda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov hazırda dünyada bəşəriyyətin üzləşdiyi ən böyük çağırışlardan birinin iqlim dəyişiklikləri ilə bağlı olduğunu, dünyanın bu məsələyə fokuslandığını, Paris İqlim Sazişində əksini tapmış məqsədlərə çatmaq üçün dövlətləri yeni, daha düzgün yanaşmalara sövq etdiyini vurğulayıb. Qeyd edilib ki, AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş fəaliyyəti önəmlidir. 2020-ci ildə AİİB-in dünyada dayanıqlı infrastruktura töhfəsi 1,2 milyard dollar təşkil edib və iqlimlə bağlı olan 13 layihə maliyyələşdirilib. Nazir Bankın üzv ölkələri “yaşıl” və güclü iqtisadiyyat qurmaqda dəstəyini davam etdirməsi barədə müzakirələrin əhəmiyyətini qeyd edib.
Bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən iqtisadiyyat naziri növbəti 10 il üçün müəyyənləşdirilmiş Azərbaycanın Milli Prioritetləri çərçivəsində iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyini bildirib. Nazir Bankın üzv ölkələrin inkişafında və iqtisadi artımında rolunu qeyd edib, dəstək tıədbirlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Toplantıda AİİB-in 2020-ci il üzrə illik hesabatı qəbul edilib, növbəti illik toplantının 2022-ci ilin oktyabrında Rusiyanın paytaxtı Moskvada keçirilməsi qərara alınıb, qarşıdakı dövr üçün vəzifələr və s. məsələlər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







