Bu işdən yaxşı gəlir əldə edir
Naxçıvan Muxtar respublikasının Babək rayonunda mövcud olan tingçilik təsərrüfatlarından biri də Qaraqala kəndində yaşayan fiziki şəxs Faiq Bayramova aiddir.
Artıq 3 ildir ki, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçisi muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürərək geniş tingçilik təsərrüfatı yaradıb. İcarəyə götürdüyü 5 hektarlıq ərazidə müxtəlif növ meyvə tingləri yetişdirən sahibkar bu işdən yaxşı gəlir əldə edir.
Faiq Bayramovun sözlərinə görə, ötən il 18 minə yaxın ting satılıb və onların qiyməti növlərindən asılı olaraq 3-5 manat arasında dəyişir.
Bu təsərrüfatın yaradılması muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərinə töhfə verməklə yanaşı, xaricdən Naxçıvana ting idxalını da azaldıb. Bağda alma, ərik, gilas, badam, armud, şaftalı, göycə və digər meyvə tingləri olmaqla, 60-a yaxın meyvə tingi, o cümlədən Abutalıbı əriyi, Əndəmic və Bənəniyar heyvası, Kükü alması, Naxçıvan göycəsi, eləcə də digər məşhur yerli sortlar yetişdirilir. Həmçinin sahibkar qonşu Türkiyə və İrandan da meyvə tingləri gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdıraraq çoxaldıb.
F.Bayramov böyük ərazidə saldığı üzüm bağında da Naxçıvanın məşhur üzüm sortlarını yetişdirir. Bağın suvarılması üçün heç bir çətinlik yoxdur. Heydər Əliyev Su Anbarının sol sahil kanalı təsərrüfatın yaxınlığında yerləşdiyi üçün suvarma da vaxtında və mütəşəkkilliklə aparılır.
Müsahibimiz bizi yeni saldığı cəviz bağı ilə də tanış etdi. Burada “İsrail sortu” adı ilə tanınan cəviz tingləri salınıb. Həmin sortlar məhsuldarlıq baxımından olduqca əlverişli hesab edilir. Belə ki, əgər yerli cəviz sortları 6-7 ilə məhsul verirsə, yeni salınan tinglər 2-3 ildən sonra bara dolur. Bu barədə danışan F.Bayramov deyir ki, iqtisadi baxımdan olduqca səmərəli olan cəvizə muxtar respublikanın dağ kəndlərində əsl ruzi mənbəyi kimi baxırlar. Sevindirici haldır ki, dövlət tərəfindən bu bağların salınmasına lazımi miqdarda vəsait ayrılır.
Göründüyü kimi, əlverişli sahibkarlıq mühitindən yararlanan hər kəs, sözün həqiqi mənasında, sahibkar adını qazana bilər. Bir də zəhmət bataqlıqda gül də bitirər, – deyiblər. İllər öncə bir parça çörək üçün yaxın-uzaq ellərə üz tutanlar bu gün torpağının qədir-qiymətini bilərək onun həqiqi sahiblərinə çevriliblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb























