Unibank-ın dollar istiqrazlarına böyük maraq - 23 İNVESTOR SİFARİŞ TƏQDİM ETDİ
26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15 milyon dollar (25,5 milyon manat) həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb.
Marja Birja-ya istinadən xəbər verir ki, hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon dollar təşkil edib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon dollar təşkil edib.
Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edəkl ki, Emissiyadan əldə olunan vəsait bankın strateji hədəflərini reallaşdırması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər növ dəyişikliyə cəld və effektiv adaptasiyanın təmini üçün lazımi resurs və mexanizmlərin təkmilləşdirilməsinə yönləndiriləcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















