NFC ödənişləri artıq Rabitəbankda!
(®) Rabitəbank daha rahat və sürətli ödənişlərin tətbiqinə başlayıb. Artıq Bankın Visa kartına sahib müştəriləri alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Bunun üçün Rabitəbank müştərisinə NFC dəstəkləyən Android platformalı smartfon və Rabita Mobile-da qeydiyyatdan keçirilmiş hər hansı Rabitəbank Visa kartı lazım olacaq.
Ödəniş üçün Rabita Mobile tətbiqinə daxil olmağa ehtiyac yoxdur, sadəcə smartfonun ekran kilidini açmaq və smartfonu POS-terminala yaxınlaşdırmaq kifayətdir.
NFC texnologiyasının üstünlükləri nələrdir? Smartfon vasitəsilə ödənişlər sürətli və ani həyata keçirilir, nəticədə kassada daha az vaxt sərf edilir. Pulqabında çoxlu kart saxlamağa və ödəniş zamanı müvafiq kartı və ya nağd pul axtarmağa ehtiyac qalmır. Smartfon həmişə əl altında olur. Bundan başqa NFC ödəniş üçün bir deyil, bir neçə Visa kartınızdan istifadə edə bilərsiniz. Sadəcə tənzimləmələrdə NFC ödəniş üçün hansı kartın işlədilməsini seçmək lazımdır. Ödəniş təmassız qaydada həyata keçirildiyindən xüsusən hələ də aktuallığını qoruyan pandemiya şəraitində təhlükəsizlik qaydalarına riayət olunur.
Rabitəbank Visa kartınız olmasa belə, Rabita Mobile tətbiqini yükləyərək onlayn qaydada kart sifariş edə bilərsiniz (hhtp://rbt.az/rbm). Bank sektorunda innovativ texnologiyaları tətbiq edən aparıcı banklardan biri kimi Rabitəbankın yenilikləri bununla yekunlaşmır. Yaxın gələcəkdə yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















