"Rabitəbank" tərəfindən müştərilərə verilmiş kreditlər artıb
Bank istehlak və ipoteka kreditləri portfellərini artırıb."Rabitəbank" ASC tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 33 milyon 294 min manat və ya 7,9% artaraq 456 milyon 625 min manat çatıb. Bankın kredit portfeli 2020-ci ilin sonunda 423 milyon 332 min manat təşkil etmişdi.
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Rabitəbank"ın istehlak kreditləri portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29 milyon 599 min manat artaraq 139 milyon 400 min manata çatıb.
"Rabitəbank"ın biznes kreditləri portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 4 milyon 233 min manat azalaraq 238 milyon 782 min manata düşüb.
"Rabitəbank"ın daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 11 milyon 518 min manat artaraq 78 milyon 443 min manata yüksəlib.
HƏMÇİNİN OXU: "Rabitəbank"qiymətli kağızlara investisiyalarını artırıb
Ötən ilin sonunda 3 milyon 590 min manat təşkil etmiş digər kreditlər 30 sentyabr 2021-ci il tarixində sıfır səviyyəsində olub.
"Rabitəbank" tərəfindən müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kreditlər) 27 milyon 434 min manat arataraq 427 milyon 609 min manata yüksəlib.
Bankın 9 ayda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 5 milyon 860 min manat aratraq 29 milyon 16 min manata yüksəlib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















