Bank Respublikanın xalis mənfəəti 2 dəfə artıb - MALİYYƏ VƏZİYYƏTİ
Bank Respublikanın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artıb.Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumata görə, Bank Respublika dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz mənfəəti 10%-dən çox artaraq 39,1 milyon manata çatmışdır, xalis mənfəət isə 12,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 16,2% artaraq 98,8 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfə üstələmişdir.
9 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 15,2% artmışdır ki, bu da müştərilərin banka olan yüksək etimadını bir daha təsdiq edir. Bankın kredit portfeli 39,8% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,34%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,23% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,3 dəfə çoxdur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















