Azərbaycanın ən böyük ticarət mərkəzləri bağlanır?
Dünyada iqtisadi böhran, bahalaşma tüğyan etdikcə, zərər görən təkcə sadə insanlar, əhalinin kasıb təbəqəsi, alıcılar olmur, əlbəttə ki, bahalaşmanın dadını bəlkə də kasıblardan çox varlı təbəqə, imkanlılar, vəzifəlilər, “biznesmen”lər, iş adamları hiss edir və edəcək də. Çünki kasıb üçün onsuz da elə böyük dəyişim olmur, uzaqbaşı ayda bir dəfə yox, 3 ayda bir dəfə dilinə ət dəyəcək, hər gün yox, həftədə bir dəfə meyvə yeyəcək. Əli pulla oynamağa öyrəşmiş, hər gün cibinə, seyfinə sərvət girməyə vərdiş etmiş varlılar isə bu bahalaşmanın necə deyərlər əməlli-başlı “acı dadını” hiss edəcəklər.
Necə ki, ölkədə ilk devalvasiya baş verdiyində də ilk olaraq biznes adamları, ticarətçilər zərər gördü. Ticarət mərkəzlərində alver zəiflədi və bu səbəbdən də çox sayda mağaza fəaliyyətini dayandırmağa məcbur oldu, əksər ticarətçilər iflasa uğradılar. Ölkəmizin ən böyük bazarlarından olan “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazaların yarıdan çoxusu bağlandı.
Elə indi də həmin ticarət mərkəzlərində vəziyyət ürəkaçan deyil. Əvvəllər iynə atsan yerə düşməyən bazarlarda indi sanki lələ köçüb, yurdu qalıb. Mağaza sahibləri soyuqdan əllərini ovuşdura-ovuşdura gözlərini müştəri yoluna dikiblər. Kimisi oturduğu yerdə mürgüləyir, kimisi rəflərdə toz basmış malları təmizləyir, kimisi də nərd, domino oynayaraq günlərini yola verirlər. Əvvəllər alıcı əlindən tərpənmək mümkün olmayan sıralarda indi tək-tük insan gözə dəyir. Onlar da sadəcə ya baxaraq, ya da qiymət soruşaraq keçib gedirlər.
“Sədərək” ticarət mərkəzinin “Şiniyyat” adlanan hissəsindəki mağazaların sahiblərindən biri açıqlamasında vəziyyətlərinin gündən-günə daha da ağırlaşdığını deyir:
“Bu gün 50 manata satdığımız malda 5 manat qazanırıqsa, sabah həmin 50 manatlıq malda 5 manat zərər edirik. Bazara gələnlərin sayı xeyli azalıb, qiymətlərdə artım var deyə insanlar istədiklərini ala bilmirlər. Biz əsasən topdan alver edirik, topdançı da apardığı maldan günlərlə heç nə sata bilmir. Nəinki satmaq, heç siftə belə etmək mümkün olmur və bu vəziyyətdə də təkrar gəlib, bizdən mal apara bilmir. Əvvəllər bizdən malı Ptiqorski, Gurcüstan, Dağıstan, Maxaçkala daşıyırdı, indi ancaq ümid özümüzə qalıb. Özümüz də bu gündə… Nə qədər ki, dollar artan sürətlə gedir, vəziyyətimiz bundan da pis olacaq. Yadıma rəhmətlik Baba Punhanın şeri düşdü:
“İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Punhanın günündə, Pünhan da it günündə…”
Mağaza sahibi onu da bildirir ki, yanvar ayından başlayaraq mağazaların çoxu fəaliyyətini dayandıracaq:
“İndi “sezondu”, əslində bu vaxtlar əlimizdə olan malı təmizləməkdən ötrü hamımız mağazamızda otururuq. Ancaq belə getsə, yanvar ayından mağazaların çoxu bağlanmağa başlayacaq.
Həm də bir məsələ var ki, mağazamızı bağlayıb, buradan çıxıb hara gedəcəyik, başqa yerdə iş varmı bəyəm? Yenə burada iki gundən bir olsa da bir mal satıb yeyirik. Ancaq üstümüzə borc yığırıq. Bazardan çıxan uşaqlar da ancaq taksi sürürlər”.
Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
7 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
11 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
29 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)












.jpg)


