Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib?
Sosial şəbəkələrdə bir qrup Saatlı sakininin rayonun kəndlərində su probleminə etiraz etməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, vətəndaşlar bir neçə ildir ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlər yolu bağlamağa cəhd edən zaman hadisə yerinə polislə bərabər, rayon İcra Hakimiyyətinin başçısı da gəlib.
Görüntülərlə bağlı Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb. İcra başçısının köməkçisi Ruhid Əzizov saytımıza bildirib ki, su probleminin həlli üçün Kürdən beton kanalla rayona su çəkilməlidir: “Bununla bağlı Prezident layihə hazırlanması üçün göstəriş verib. Bildiyiniz kimi, Saatlı rayonunun su mənbəyi Araz çayındandır. Araz çayında su o qədər aşağı düşüb ki, su ilə təminatda çox çətinlik var. Susuzluq problemi yaşayan kəndlər də Saatlının axırında yerləşir. Belə ki, 7 kənd susuzluqdan həmişə əziyyət çəkir. Bunlar Çolpu, Nabatkənd, Orta Muğam, Soltanabad, Mircəlalkənd, Nəsimikənd və Smadakəndləridir.
Onlar sudan həm içmək, həm də suvarma məqsədilə istifadə edirlər. Biz kəndlilərin su çətinliklərini nəzərə alıb kəndlərə su maşınları cəlb etmişik. Gündəlik olaraq vətəndaşlara pulsuz su paylanılır. Hər kəndə 1 ton su paylanılır. Həmin kəndlərdə kanalda su olmadığı üçün su maşınları daha uzaq məsafədən suyu daşıyırlar”.
R. Əzizov qeyd edib ki, rayonda hava 5-6 aydır ki, quraq keçir, yağış yağmır: “Artıq payız gəldiyinə görə yağışlar mövsümü başlaya bilər. Bu zaman Arazda su olacaq. Susuzluq problemi həmişə yay aylarında müşahidə edilir. Bu, bizim rayonda qlobal problemdir. Layihə təsdiq olunub maliyyə ayrıldıqdan sonra onun yekunlaşması bir müddət çəkə bilər. Çünki beton kanalın uzunluğu 17,3 kilometrdir. Ümid edirik ki, yaxın zamanlarda məsələ öz həllini tapacaq”.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








